...

Azərbaycan Xarici İşlər Nazirliyinə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib

Siyasət Materials 9 Fevral 2009 17:06 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Xarici İşlər Nazirliyinə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib, AzərTAc Dövlət Agentliyi məlumat yayıb.

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanunun tətbiq edilməsi barədə" 2000-ci il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi haqqında" Prezidentin 2008-ci il 2 dekabr tarixli Fərmanının icrası ilə əlaqədar imzaladığı fərmanda qeyd olunur ki, Xarici İşlər Nazirliyi adından İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (öz səlahiyyətləri daxilində) xarici işlər naziri, onun müavini, konsulluq idarəsinin rəisi, Azərbaycanın xarici ölkələrdəki səfirləri və diplomatik nümayəndəlik və konsulluqlarının konsulluq məsələləri üzrə məsul əməkdaşları baxır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti