...

İranın sabiq parlament nümayəndəsi həbs olunub

Siyasət Materials 23 Fevral 2009 10:12 (UTC +04:00)

İran, Tehran, 23 fevral / Trend , müxbir A.Namdari/   İranın sabiq parlament nümayəndəsi bu ölkənin milli təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

İranın sabiq parlament nümayəndəsi və İslahatçılar düşərgəsindən olan Əli Nəzəri hazırda Tehran şəhər Evin həbsxanasındadır. Nəzəri İranın sabiq prezidenti Xatəminin tərəfdarlarındandır. Bu barədə Trend -a adının açıqlanmasını istəməyən İranın parlament nümayəndəsi bazar ertəsi məlumat verib. Hələlik Nəzərinin hansı ittihamla bağlı həbs olunduğu məlum deyil.

Əli Nəzəri İran parlamentinin Ərak şəhər üzrə nümayəndəsi olub. O nümayəndə olduğu dövrdə bəzi siyasi partiyalar tərəfindən əxlaqsızlıqda itiham olunub , lakin bu ittiham məhkəmədə sübut olunmayıb.

Xəbər lenti

Xəbər lenti