...

Azərbaycan parlamentinin spikeri Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan parlamentinin (Milli Məclis) spikeri Oqtay Əsədov Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən səsvermədə iştirak edib.

Trend -un məlumatına görə, Əsədov 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 22 saylı məntəqəsində səs verib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyaya edilən əlavə və dəyişikliklərlə bağlı referendum başlayıb.

Referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıblar. Referendum üzrə qəbul olunan təqvim planına əsasən, təbliğat kampaniyaları martın 16-da gecə başa çatıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti