...

Azərbaycan Prezidenti Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavinini qəbul edib

Siyasət Materials 18 Mart 2009 19:18 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb. Svetlana Orlova Azərbaycanda referenduma hazırlığın yüksək səviyyədə təşkil olunduğunu, bir çox məntəqələrdə veb-kameraların quraşdırıldığını, dairələrin texniki vasitələrlə tam təchiz edildiyini vurğulayıb.

O, 40-dan artıq seçki məntəqəsində müşahidələr apardıqlarını bildirərək deyib ki, saat 12-yə qədər həmin məntəqələrdə seçicilərin 43 faizdən çoxunun referendumda iştirak etməsi yüksək göstəricidir.
Orlova Azərbaycana səfəri müddətində ümumilikdə ölkədə gedən inkişaf proseslərinin şahidi olduqlarını söyləyib.
Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində də uğurla inkişaf etdiyi bildirilib, Rusiya nümayəndə heyətinin səfərinin qarşılıqlı əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Xəbər lenti

Xəbər lenti