...

Birləşmiş Ştatlar nüvə silahlarını azaltmalıdır – ABŞ Prezidenti

Siyasət Materials 7 Aprel 2009 15:50 (UTC +04:00)

Birləşmiş Ştatlar İranın nüvə proqramının inkişafını dayandırmasını istəyirsə, ABŞ da öz növbəsində nüvə silahlarını azaltmalıdır. TRT-2 telekanalının verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Barak Obama çərşənbə axşamı İstanbulda türkiyəli tələbələr qarşısında çıxışı zamanı bildirib.

Obamanın Türkiyəyə səfəri bazar ertəsi başlanıb.

Türkiyə hökuməti ilə danışıqların əsas mövzusu Türkiyənin Avropa İttifaqına inteqrasiyası, həmçinin erməni-türk münasibətlərinin həllidir.

Birləşmiş Ştatlar ilə İran arasında münasibətlər sonuncunun nüvə proqramını inkişaf etdirməsi səbəbindən korlanıb. Vaşinqtonda onun inkişafının dinc mahiyyətli olmasına şübhə ilə yanaşırlar, Tehran isə öz növbəsində bunun əksini təkid edir. ABŞ İranı dəfələrlə nüvə proqramının inkişafını dayandırmağa çağırıb, lakin bu çağırışlar heç bir nəticə verməyib.

Xəbər lenti

Xəbər lenti