...

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze müxalifətin bugünkü aksiyasının dinc şəraitdə keçəcəyinə ümid edir

Siyasət Materials 9 Aprel 2009 14:54 (UTC +04:00)
Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze müxalifətin bugünkü aksiyasının dinc şəraitdə keçəcəyinə ümid edir

Azərbaycan, Bakı, 09 aprel / Trend , müxbir E.Tariverdiyeva /

Gürcüstanın eks-prezidenti Eduard Şevardnadze ümid edir ki, müxalifətin bugünkü aksiyası dinc şəraitdə keçəcək. "Aksiya zamanı problemlərin yaşanacağını proqnozlaşdırmıram", -telefon bağlantısı zamanı Tbilisidən Şevardnadze Trend -a deyib.

Bu gün Gürcüstanda prezident Saakaşvilinin istefası tələbi ilə Tbilisinin mərkəzi yerlərində aksiyalar keçirilir. Aksiya təşkilatçıları 14 partiyadan ibarətdir, o cümlədən eks-spiker Nino Burcanadzenin "Vahid Gürcüstan - Demokratik Hərəkatı" patiyası, keçmiş müdafiə naziri İrakli Okuraşvilinin  "Vahid Gürcüstan naminə hərəkat" patiyası, keçmiş XİN rəhbəri Salome Zurabaşvilinin "Gürcüstan yolu" patiyası, Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın oğlu Konstantin Qamsaxurdiyanın "Azadlıq" partiyası, "Mühafizəkarlar" partiyası və b.  

Aksiyaya "Gürcüstan naminə alyans" da qoşulur. Alyansın lideri Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alasaniyadır. Etiraz aksiyasında iştirak etmək istəyini Gürcüstanın eks-baş naziri Zurab Noqaidelinin "Ədalətli Gürcüstan naminə hərəkat" partiyası və bir sıra patlament müxalifəti də bildirib.  

Şevardnadzenin fikrincə, etiraz edənlərin kütləsi çoxalsa, çox şey ola bilər. "İnsanların müdrik davranacaqlarına ümid edirəm və bu səbəbdən hesab edirəm ki, aksiya dinc şəraitdə keçəcək", - Şevardnadze qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti