...

Qazaxıstanın təhsil sistemində korrupsiyanın səbəbi aşağı əmək haqqıdır - təhsil naziri

Siyasət Materials 10 Aprel 2009 14:53 (UTC +04:00)

Qazaxıstan, Astana, 10 aprel / Trend , müxbir K.Arınova /

"Qazaxıstanın təhsil sistemində rüşvətin həcmi orta hesabla 4-5 min tengə təşkil edir ki, bu da təxminən 30 ABŞ dollarına bərabərdir", - bu gün Astanada respublikanın təhsil və elm naziri Janseit Tuymebayev, NDP "Nur Otan" yanında rüşvət üzrə Respublika İctimai Şurasının növbəti iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, təhsil sistemindən təxminən 80 nəfər 2008-ci ildə cinayət məsuliyyətinə cəlb edilib. Maliyyə pozuntuları ilə bağlı 47, vəzifə səlahiyyətlərini aşma üzrə 12, rüşvət üzrə 6, saxta diplom verilməsi üzrə 4 fakt aşkara çıxarılıb.

"Son il ərzində məktəb təhsil müəssisələrində qeyri-qanuni vəsait yığımı haqda təxminən 200 şikayət daxil olub", - nazir bildirib.

Onun fikrincə, təhsil sistemindəki korrupsiyanın səbəbi müəllimlərin aşağı əmək haqqı alması ilə bağlıdır.

"Bu gün təhsil sistemində orta əmək haqqı həcmi 39 min 21 tengədir. Statistika agentliyinin məlumatına görə, ölkədəki orta aylıq əmək haqqı 61 min tengə təşkil edir", - nazir qeyd edib.

O xatırladıb ki, cari və qarşıdakı ildə müəllimlərin maaşının 25%, 2011-ci ildə isə 30% artırılması planlaşdırılır.

Korrupsiyalaşma üzrə reytinqdə Qazaxıstan Təhsil Nazirliyi "liderlər" sırasındadır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti