...

Azərbaycan Prezidenti Avrasiya Dövlətləri On İkinci İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktub göndərib

Siyasət Materials 6 May 2009 20:58 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Avrasiya Dövlətləri On İkinci İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktub göndərib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə hər il Türkiyədə keçirilən bu toplantı regional əməkdaşlığın inkişafına, xalqlar arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir. Azərbaycan da özünün iqtisadi potensialından və geosiyasi imkanlarından tərəfdaş ölkələrin sosial-iqtisadi inkişafı və regional əlaqələrin möhkəmlənməsi naminə istifadə olunmasına hərtərəfli şərait yaradır", - məktubda deyilir.

Xəbər lenti

Xəbər lenti