Gürcüstan, Tbilisi, 07 may / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan Milli Qvardiyasının keçmiş komandanı Koba Kobaladze barədə bu gün Tbilisi məhkəməsi iki ay müddətinə həbs qərarı verib. Ona qarşı dövlət çevrilişinə hazırlıqla bağlı ittiham irəli sürülüb.
İrəli sürülmüş ittihamla Kobaladze özünü günahkar saymır.
İki gün öncə Kobaladze Gürcüstanın Muxrovani tank taborunda baş verən qiyamla bağlı Tbilisidə tutulub. Rəsmi Tbilisi taborda baş verənləri hərbi qiyam kimi qələmə verib.
Kobaladze ilə yanaşı, hadisə ilə əlaqəli 10 hərbçi və 13 mülki şəxs həbs edilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]