...

Azərbaycanın geostrateji rolu ABŞ-da müzakirə olunacaq

Siyasət Materials 8 May 2009 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir C.Babayeva /

Nyu-Yorkda, Vaşinqtonda və Kaliforniyada enerji təhlükəsizliyinə və Azərbaycanın geostrateji roluna dair  bir sıra tədbirlər keçirilək.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətinin verdiyi məlumata görə, 12-13 may tarixində ABŞ-ın Nyu-York şəhərində Kolumbiya Universitetinin nəzdində Enerji Siyasəti və İctimai Əlaqələr Mərkəzində "Enerji və digər təbii ehtiyatlar sahəsində sərmayə münasibətlərində yaranan mübahisələrin qarşısının alınması və idarə edilməsi" mövzusunda beynəlxalq simpozium keçiriləcək. Qeyd olunan beynəlxalq forumun "Geniş dialoq siyasəti: qlobal və regional təşəbbüslər ümumi baxış axtarışında" adlı birinci sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev çıxış edəcək. 

Daha sonra mayın 15-də Nuriyev Vaşinqtonda Amerika Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində "Azərbaycanın müasir geosiyasəti: enerji təhlükəsizliyi və xarici siyasətin strategiyası" mövzusunda keçiriləcək tədbirdə çıxış edəcək.

SAM-ın rəhbəri, həmçinin mayın 18-də Brukinqs İnstitutunda "Azərbaycanın strateji seçimi: modernləşmə xətti və xarici siyasətin praqmatizmi" mövzusuna həsr olunacaq dəyirmi masada iştirak edəcək.

ABŞ-a səfərinin yekununda Nuriyev Kaliforniyanın Stenford Universitetində "Cənubi Qafqaz və Xəzər bölgəsində Azərbaycanın geostrateji rolu" mövzusunda keçiriləcək forumda da çıxış edəcək.

Göstərilən tədbirlərin gedişatı zamanı Azərbaycanın regional və beynəlxalq siyasətdə, enerji təhlükəsizliyinin təminatında müasir geosiyasi roluna dair geniş tərkibli müzakirələr aparılacaq, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər analiz olunacaq.   

Nəzərdə tutulmuş səfər çərçivəsində Nuriyev ABŞ-ın aparıcı "beyin mərkəzlərinin" rəhbərləri ilə görüşüb, iki dövlətin analitik institutları arasında elmi-tədqiqat sahəsindəki əməkdaşlığa aid olan regional əhəmiyyətli strateji layihələr ətrafında geniş müzakirələr aparacaq.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti