Gürcüstan, Tbilisi, 14 may / Trend , müxbir N.Kirtsxaliya /
NATO-dakı Britaniya nümayəndə heyətinin rəhbəri Brüs Corc Gürcüstan müxalifəti və iqtidarının dialoqu davam etdirmək üçün yerlərini parlamentə dəyişəcəklərinə ümid etdiyini bildirib.
"Mən gürcü deyiləm və ölkənin daxili işlərinə qarışa bilmərəm. Ancaq ölkələrin demokratiya istiqamətində inkişafı üçün müxalifət və iqtidarın parlamentə qayıtması və mübahisəni orada davam etdirməsi vacibdir. Ümid edirəm ki, bu məhz belə də olacaq", - o, jurnalistlərə bildirib.
Corc Böyük Britaniyada səfərdə olan Gürcüstanın Baş naziri Nika Qilauri ilə görüşüb. Qilauri burada həm rəsmi şəxslərlə, həm də biznes dairələrin nümayəndələri ilə görüşlər keçirir.
Corc bildirib ki, parlamentdəki dialoq Gürcüstanda demokratiyanın inkişafının xeyrinə olacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]