...

youtube.com saytından Azərbaycan himni və bayrağını təhqir edən çarx çıxarılıb

Siyasət Materials 19 May 2009 13:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir C.Babayeva /

www.youtube.com saytından Azərbaycan himni və bayrağını təhqir edən çarx çıxarılıb, bu, Azərbaycan İnternet-istifadəçilərinin öz narazlıqlarını bildirməsindən sonra baş verib.

Bazar ertəsi youtube.com saytında Azərbaycan himni və bayrağını təhqir edən çarx (www.youtube.com/watch?v=TPT5J4sv8GY) yerləşdirilib. Azərbaycanın İnternet-istifadəçiləri  "FLAG" işarəsi ilə qeyd etməklə fəal şəkildə çarxa öz narazılıqlarını bildriblər.

Azərbaycanın Xarici İşlər Nazirliyi çarxla tanış olduqdan sonra ölkə ictimaiyyətini bu çarxın saytda yerləşdirilməsinin əleyhinə səs verməyə çağırıb.

Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov dünən saytın administrasiyasına məktub göndərərək Azərbaycan dövlət və xalqını təhqir edən şarxı çıxarmağı tələb edib.

Xəbər lenti

Xəbər lenti