...

Barak Obama Gürcüstanın təhlükəsizliyinin təmin olunmasında yardım edəcəyinə söz verib - səfir

Siyasət Materials 21 May 2009 13:34 (UTC +04:00)

Gürcüstan, Tblisi, 21 may / Trend , müx N.Kirsxalia /

ABŞ prezidenti Barak Obama bu ölkədəki gürcü səfiri Batu Kuteliyanı əmin edib ki, Amerika Gürcüstana yardım göstərməkdə davam edəcək. Gürcü juranlistlərinə məlumat verən Kuteliya bildirib ki, bu barədə ABŞ prezidenti Vaşinqtonda səfirə etimadnaməni təqdimetmə mərasimində bəyan edib.

"ABŞ prezidenti qeyd edib ki, o, Gürcüstanda demokratiyanın gələcək inkişafında maraqlıdır və Gürcüstan regionda demokratiyanın inkişaf modeli olmalıdır",- o bildirib.

Gürcüstanın səfiri eyni zamanda bildirib ki, söhbət zamanı Gürcüstanın beynəlxalq təhlükəsizliyin təmin olunmasına verdiyi töhfə və təhlükəsizlik məsələlərinə toxunulub. " ABŞ prezidenti qeyd edib ki, Gürcüstanın təhlükəsizlik məsələlərinə gəldikdə onun ölkəsi Gürcüstana yardım edəcək",- Kuteliya qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti