...

Azərbaycan mədəniyyətlər və xalqlararası dialoqa öz töhfəsini verəcək

Siyasət Materials 25 May 2009 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may / Trend , müxbir C.Babayeva / 

Azərbaycanın gənc liderləri islam ölkələri arasında mədəniyyətlər və xalqlararası keyfiyyətli dialoqun təminatı üçün öz tövsiyələrini verəcəklər.

Bu gün Bakıda Rabatda mədəniyyətlər və xalqlararası dialoqun möhkəmləndirilməsi sahəsində qəbul edilmiş öhdəliklər üzrə ikigünlük milli sessiya başlayıb.

İdman və gənclər nazirinin müavini İntiqam Babayev jurnalistlərə məlumat verib ki, sessiyalarda Bakı və Azərbaycanın digər 10 şəhər və rayonlarından gənclər iştirak edəcəklər.

"Sessiya zamanı Azərbaycanın gənc liderləri xalqlar arasında mədəniyyətlər və xalqlararası keyfiyyətli dialoqun təminatı üçün öz tövsiyələrini təqdim edəcəklər", - Babayev deyib.

İSESKO-nun Tehrandakı ofisinin rəsmi nümayəndəsi Hassan Fartuosi deyib ki, sivilizasiyalar və mədəniyyətlərarası dialoq islam ölkələrinin inkişafı üçün şansdır.

"İslam ölkələrində din, mədəniyyət və təhsil kimi vacib dəyərlər formalaşıb. Bu dəyərlər vaxt ötdükcə qloballaşma mexanizminə çevrilir", - Fartuosi bildirib. 

"Bakıda başlayan sessiya islam ölkələrinin sivilizasiyalar və mədəniyyətlərarası münasibətlərini möhkəmləndirəcək", - Fartuosi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti