...

Azərbaycanda həbsxanaya narkotika keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb

Siyasət Materials 27 May 2009 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanda həbsxanaya narkotika keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən çərşənbə günü Trend -a verilən məlumata görə, PX-nin və həbsxananın əməliyyat aparatlarının əldə etdiyi məlumat əsasında çərşənbə axşamı axşam saatlarında Qobustan həbsxanasında cəza çəkən məhkum Rəsulov Aqşin Fəxrəddin oğluna gətirilmiş sovqatın içərisindən 6 qramdan artıq heroin aşkarlanıb.

Narkotik maddə Gürcüstanın Marneuli rayonunun Ağaməmmədli kənd sakini, 24 yaşlı Daşdəmirov Elnur Şakir oğlunun tanışı məhkum Rəsulova gətirdiyi qəndin içərisində xırda hissələrə parçalanmış şəkildə tapılıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb.

23 yaşlı Rəsulov Cinayət Məcəlləsinin quldurluq (181.2, 181.2.2, 181.2.5, 181.3.5) maddələri ilə təqsirli bilinərək məhkəmənin hökmü ilə 12 il 6 ay azadlıqdan məhrum edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti