...

Gürcüstanda qanunsuz silahlı qruplaşma yaratmağa çalışanlar yaxalanıb

Siyasət Materials 11 İyun 2009 17:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müxbir N.Kirtsxaliya / 

Gürcüstanda qanunsuz silahlı dəstə yaratmaqda günahlandırılan bir neçə şəxs yaxalanıb. Gürcüstan DİN-in verdiyi məlumata görə, cəmi beş nəfər həbs olunub - İosif Tadiaşvili, Paata Svanidze, Zaza Suladze, Laşa Didebaşvili, İvane Kvelaşvili.

Təhqiqatın məlumatına görə, onlar hakimiyyətin güclə devrilməsi niyyəti ilə qanunsuz silahlı qruplaşma yaratmaq istəyiblər. DİN, həmçinin sui-qəsdçilərin danışıqlarının gizli kameraya çəkilmiş videokadrlarını da yayıb. Orada yemək stolu arxasında oturan şəxslərin hakimiyyətin devrilməsi və qanunsuz silahlı qruplaşma yaratmaq istəyi planları barədə danışıqları qeydə alınıb.

Videoyazıya əsasən, iştirakçıların hər biri bildirir ki, onların arxasında əlində silah bu hakimiyyətə qarşı vuruşmağa hazır olan yüzlərlə insan durur.

Bu qrupun kimi təmsil etdiyi, onların müstəqil olub-olmadığı, yaxud hansısa siyasi qüvvələrlə bağlı olub-olmadığı hələ məlum deyil.

Həbs olunanların mənzillərindən 3 AK tipli avtomat, 3 qumbaraatan, 1 qumbara götürülüb.

Qanunsuz silahlı qruplaşma yaratmaq, qanunsuz silah alma və saxlama maddələri üzrə ittihamlar təsdiq olunarsa, onları 16 il azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti