Azərbaycan Prezidenti Türkiyə xarici işlər nazirinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə xarici işlər nazirinin müavini Əhməd Ünal Çeviközü qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli münasibətləri və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.