...

Gürcüstan Parlamentinin sabiq spikeri ölkənin ali qanunverici orqanını məhkəməyə verir

Siyasət Materials 29 İyun 2009 15:42 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 iyun / Trend , müxbir N.Kirsxaliya /

Sabiq spiker, hazırda "Demokratik hərəkat - Vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadze Gürcüstan Parlamentini məhkəməyə verir. Öz iddiasında o, prezidentin onun şəxsi mühafizə və eskortunun azaldılması barədə sərəncamına etiraz edir.

İddia üzrə məhkəmə işi Tbilisi Şəhər Məhkəməsində, iyulun 2-də başlayacaq. Bu gün iş üzrə hazırlıq prosesi baş tutub.

Bu faktı şərh edərkən, hüquqi məsələlər üzrə çoxluq tərəfindən çıxış edən parlament üzvləri bildiriblər ki, Burcanadze yalnız öz rifahı və rahatlığını düşünür.

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Burcanadze Gürcüstan Prezidentinə qarşı da iddia qaldıraraq,  Mixail Saakaşvilini onun Rusiya tərəfindən maliyyələşdirilməsi barədə əsassız fikirlərdə ittiham etmişdi.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti