...

ABŞ Gürcüstanın sərhəd polisinə hərbi texnika təqdim edib

Siyasət Materials 31 İyul 2009 11:00 (UTC +04:00)
ABŞ Gürcüstanın sərhəd polisinə hərbi texnika təqdim edib

Gürcüstan, Tbilisi, 31 iyul/ Trend , müxbir N.Kirtsxaliya /

ABŞ-ın Gürcüstandakı səfiri Con Teft Gürcüstanın sərhəd polisinə iki yük avtomobili təqdim edib. Onların dəyəri 280000 dollar təşkil edir.

Onlar müasir aparatlar ilə təchiz olunub və çətin relyefdə də hərəkət edə bilir. Gürcüstan sərhədçilərinə dəyəri 100000 dollardan çox olan daha bir texnika verilib. 

"Gürcüstan sərhədlərinin təhlükəsizliyi ölkə əhalisi üçün çox vacibdir. Gürcüstan böyük tranzit əhəmiyyətə malikdir, bu səbəbdən də onun sərhədlərinin təhlükəsizliyi eyni zamanda beynəlxalq əhəmiyyət daşıyır", - deyə səfir bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti