Gürcüstan, Tbilisi, 04 avqust / Trend , müxbir N.Kirsxaliya /
Güclü yağış nəticəsində bu gecə Tbilsidə bir neçə küçəni su basıb. Su bir neçə yaşayış evinə də dolub, onlardan birinin əsas divarını uçurub.
Əsasən Eristavi, Euli, Dadiani, Navtluqinin ikinci qəsəbəsi Sanzonda yaşayan sakinlər zərər çəkib.
Fövqaladə hallar xidmətindən bildirildiyi kimi, çağırışların sayının çox olmasına baxmayaraq ölüm və dağılma faktı aşkar olunmayıb. Evlərdən suyu yanğın xidməti çəkib.
"Heç bir zəng cavabsız qalmayıb. Xidmətin sərəncamında müvafiq texnika və təchizat mövcuddur", - şəhər xidmətinin başçısı Temur Georqadze bəyan edib.
Hazırda şəhər meriyası dəyən zərərin məbləğini hesablayır.
Məqalə müəllifi ilə llaqə ünvanı: [email protected]