Azərbaycan, Bakı, 24 avqust / Trend , muxbir K. Zərbalıyeva /
Azərbaycan paytaxtındakı bazarlara bomba qoyulması barədə yalan məlumat verən şəxs müəyyənləşib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, avqustun 24-də saat 00.35-də Nərimanov rayonu ərazisindən, Elvin Həsənov adlı şəxs "102 Zəng Mərkəzi" xidmətinə zəng edərək, Xətai prospektindəki "Yaşıl Bazar"a partlayıcı maddə qoyulması barədə məlumat verib.
Həmin şəxs 00.44-də təkrarən zəng edərək Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki bazara da partlayıcı maddə qoyulması barədə məlumat verib.
Müvafiq tədbirlər görülüb və məlumat təsdiqini tapmayıb.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]