Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir C.Babayeva /
Azərbaycan Mərkəzi Seçki Komisiyası (MSK) dekabrda keçiriləcək bələdiyyə seçkilərinin hazırlığına başlayıb.
"Bələdiyyə seçkiləri ilə əlaqədar MSK 19 normativ sənəd qəbul edib. Onlardan doqquzu yenidir. MSK seçkilərlə bağlı normativ hüquqi bazanı təkmilləşdirib", - bazar ertəsi MSK-nın iclasında komissiyanın katibi Natiq Məmmədov deyib.
"MSK sentyabrın 7-dən aşağı seçki komisiyalarının üzvləri üçün hazırlıq kurslarının keçirilməsinə başlayır",- MSK-nın sədr müavini Svetlana Qasımova deyib.
"İlk kurslar bir hətfə ərzində Bakıda təşkil olunacaq. Bu kurslarda 125 seçki dairəsinin nümayəndələri iştirak edəcək. Tematik plan və cədvəl artıq hazırlanıb. Bu kurslar əvvəlkilərdən öz məzmunu ilə fərqlənəcək", - o deyib.
Hazırlıq kurslarında Konstitusiya Məhkəməsi, Parlament, Prezident Administrasiyası, Ədliyyə və Daxili İşlər nazirlikləri, Baş prokurorluq və s. kimi dövlət müəssisələrinin nümayəndələri iştirak edəcəklər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]