Türkmənistan, Aşqabad, 31 avqust / Trend , müxbir H.Həsənov /
"Türkmənistan heç bir ölkəyə ərazi iddiası irəli sürmür və heç bir dövləti öz düşməni qismində görmür. Türkmənistan öz sərdəhlərini sülh, dostluq və mehriban qonşuluq çərçivəsində görür", - Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhəmədov güc strukturlarının rəhbərləri ilə görüş öncəsi bildirib.
Bu gün milli telekanal Altın Asır-ın xəbər verdiyi kimi, dövlət başçısı bildirib ki, hərbi doktrinanın əsas prinsiplərindən yanaşaraq "Silahlı Qüvvələrimizin dəyişdirilməsi, müdafiə qabilliyətinin ən müasir texnika ilə təchiz edilməsi hesabına möhkəmləndirilməsi, Vətən müdafiəçilərinin xidmət və həyat şəraitinin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirəcəyik"
Onun sözlərinə əsasən, Türkmənistan Xəzərdə müəyyən ölçüyə malik sərhədə malikdir, bu sərhəd "quruda da etibarlı şəkildə mühafizə edilməlidir". Onun sərəncamına əsasən, 2015-ci ilə kimi ölkənin bu hissəsində hərbi-dəniz bazası yaradılacaq. Baza müasir müşahidə texnikası və göyərtəsində raket daşıyan gəmilərlə təchiz olunacaq.
Bu kimi tədbirin vacibliyini dövlət başçısı müasir dünyada beynəlxalq ekstremizm və narkotik vasitələrin qaçaqmalçılığında maraqlı olan terror qruplaşmaların güclənməsi ilə əsaslandırıb.
Berdımuhəmmədovun sözlərinə əsasən, bəzi ölkələrdə insan ölümü ilə nəticələnən daxili gərginliklər yaşanır.
Rəsmi versiyalara istinadən, Türkmənistan bu yaxınlarda "narkoqruplaşmaların" zərərsizləşdirilməsi üzrə bir neçə uğurlu əməliyyat həyata keçirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]