...

Azərbaycanın ali təhsil müəssisəsinə silahlı basqınla bağlı açılmış cinayət işi üzrə istintaq müddəti uzadılıb

Siyasət Materials 31 Avqust 2009 16:19 (UTC +04:00)
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bazar ertəsi Trend News-a bildirib ki, Azərbaycan Dövlət Neft Akademiyasında insanların qəsdən öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işinin çoxhəcmli və mürəkkəbliyi nəzərə alınaraq istintaq müddəti uzadılıb.
Azərbaycanın ali təhsil müəssisəsinə silahlı basqınla bağlı açılmış cinayət işi üzrə istintaq müddəti uzadılıb

Azərbaycan, Bakı, 31 avqust / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın ali təhsil müəssisəsinə silahlı basqınla bağlı açılmış cinayət işi üzrə istintaq müddəti uzadılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bazar ertəsi Trend -a bildirib ki, Azərbaycan Dövlət Neft Akademiyasında insanların qəsdən öldürülməsi və həyatlarına sui-qəsd edilməsi faktı ilə əlaqədar başlanmış cinayət işinin çoxhəcmli və mürəkkəbliyi nəzərə alınaraq istintaq müddəti uzadılıb.

Sultanov bildirib ki, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aprelin 30-da, saat 09.30 radələrində ali məktəbin Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb. Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu ələ keçməsin deyə özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri nəticəsində Qədirovun həmkəndliləri, Gürcüstan vətəndaşları Nadir Əliyev, Cavidan Amirov, Ariz Qabulov və Nəcəf Süleymanov həbs olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti