...

Azərbaycan Prezidenti mavritaniyalı həmkarını prezident seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 31 Avqust 2009 19:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizi prezident seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti mavritaniyalı həmkarını prezident seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizi prezident seçilməsi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ümidvaram ki, Azərbaycan ilə Mavritaniya arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Mavritaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm", - təbrik məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti