...

Azərbaycan sərhədçiləri axtarışda olan 81 nəfəri saxlayıb

Siyasət Materials 11 Sentyabr 2009 15:05 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ötən ay axtarışda olan 81 nəfəri sərhəddə saxalayıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən cümə günü Trend News-a verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.
Azərbaycan sərhədçiləri axtarışda olan 81 nəfəri saxlayıb

Azərbaycan, Bakı,11 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ötən ay axtarışda olan 81 nəfəri sərhəddə saxalayıb. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib.

Avqust ayı ərzində 17 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Saxlanılan 23 sərhəd pozucusundan 13-ü Azərbaycan, 4-ü Pakistan, 3-ü İran, hər ölkədən bir nəfər olmaqla Əfqanstan və Rusiya vətəndaşları, biri isə vətəndaşlığı olmayan şəxslərdir.

Sərhəd rejim qaydalarını pozduqları üçün 303 halda 476 nəfər, vizası olmadığı üçün 84 halda 127 nəfər, vizalarının müddəti qurtardığı üçün 62 halda 91 nəfər, müvafiq sənədlərinin olmadığı üçün 29 halda 48 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay sərhədçilər qanunsuz dövriyyədən 18 kiloqramdan artıq narkotik vasitə çıxarıblar.

Hesabat dövründə 51 halda ümumi dəyəri 170 min manat olan qaçaqmal müsadirə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti