Gürcüstan, Tbilisi, 23 sentyabr / Trend , müxbir N.Kirtsxaliya /
Rusiya Abxaziyanın dəniz hövzəsinə mühafizə katerləri ilə yanaşı, sualtı qayıqlar da buraxır. Bu barədə jurnalistlərə Gürcüstan Parlamentinin vitse-spikeri Paata Davitaya bildirib.
Onun sözlərinə əsasən, sualtı qayıqlar artıq Oçamçirin həbi-dəniz bazasındadır.
Davitayın bəyanatına görə, Rusiya işğalı davam etdirir, onun Abxaziyanın dəniz hövzəsinə nəzarət etməsi bunu sübut edir.
"Rusiya tərəfi Abxaziyanın dəniz hövzəsinə təkcə sərhəd katerləri ilə deyil, sualtı qayıqlar ilə də nəzarət etmək barədə qərar qəbul edib. Bu, Rusiyanın danışıq aparmağa və üzərinə götürdüyü beynəlxalq öhədlikləri yerinə yetiriməyə hazırlaşmadığını göstərir. Onların məqsədi işğal olunmuş ərazilərdə öz hərbi bazalarını yerləşdirməkdir", - Davitaya bəyan edib.
O hesab edir ki, bütün bunları nəzərə alsaq təxribat təhlükəsi realdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]