...

Azərbaycan Prezidenti İrandakı terror aktı ilə bağlı başsağlığı verib

Siyasət Materials 19 Oktyabr 2009 23:24 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İran prezidentinə 18 oktyabrda İranda baş verən terror aktı ilə bağlı başsağlığı verib.
Azərbaycan Prezidenti İrandakı terror aktı ilə bağlı başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İran prezidentinə 18 oktyabrda İranda baş verən terror aktı ilə bağlı başsağlığı verib. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizdə törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən olduqca sarsıldıq.
Biz bu hadisədən son dərəcə hiddətlənir, bəşəriyyət üçün böyük təhlükə mənbəyi olan terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm," - Prezident başsağlığında bildirib.

Xəbər lenti

Xəbər lenti