...

İlham Əliyev şahmat üzrə Avropa çempionu olmuş Azərbaycan milli komandasının üzvlərini qəbul edib

Siyasət Materials 3 Noyabr 2009 19:34 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bu gün, Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olmuş kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
İlham Əliyev şahmat üzrə Avropa çempionu olmuş Azərbaycan milli komandasının üzvlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün, Serbiyada keçirilmiş şahmat üzrə Avropa çempionatının qalibi olmuş kişilərdən ibarət Azərbaycan milli komandasının üzvlərini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Prezident İlham Əliyev şahmat üzrə milli komandamızın Avropa çempionu olmasını tarixi qələbə kimi səciyyələndirib və bu münasibətlə komandanın üzvlərini təbrik edib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bu qələbəni Azərbaycanda gedən inkişaf prosesinin məntiqi nəticəsi kimi dəyərləndirib.

Komandanın kapitanı Zurab Azmayparaşvili Azərbaycan idmançılarının qələbəsi münasibətilə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlumjinovun təbrik məktubunu Prezident İlham Əliyevə təqdim edib.

Komandanın üzvü Vüqar Həşimov bundan sonrakı yarışlarda da yüksək nəticələr göstərəcəklərinə söz verib.

Şahmatçıları möhtəşəm qələbə münasibətilə bir daha təbrik edən Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Xəbər lenti

Xəbər lenti