...

Azərbaycanın İslam partiyası Qafqaz Müsəlmanları İdarəsində "qaynar xətt" yaradılmasını təklif edir

Siyasət Materials 16 Noyabr 2009 15:59 (UTC +04:00)
"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə təklifimizi bəyənib və dəyərləndirəcəklərinə söz verib", - bazar ertəsi Trend News-a Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı bildirib.
Azərbaycanın İslam partiyası Qafqaz Müsəlmanları İdarəsində "qaynar xətt" yaradılmasını təklif edir

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın İslam partiyası Qafqaz Müsəlmanları İdarəsində "qaynar xətt" yaradılmasını təklif edir.

"Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə təklifimizi bəyənib və dəyərləndirəcəklərinə söz verib", - bazar ertəsi Trend -a Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Hacı Tahir Abbaslı bildirib.

Onun sözlərinə görə, insanların hüquq, vergi, sağlamlıq, təhsil və digər sahələr kimi dinlə də bağlı sualları meydana çıxır. "Biz islamçı demokrat olaraq hesab edirik ki, insanların İslam dini ilə bağlı sualları da az deyil. Mənə elə gəlir ki, həm QMİ-nin, həm də ayrı-ayrı məscidlərin nümayəndələri, ilahiyyatçılar insanların "qaynar xətt"lə bağlı suallarını həvəslə cavablandırarlar. Mən, eləcə də partiyanın digər təmsilçiləri bu işdə dəstək verməyə hazırıq", - partiya sədri əlavə edib.

Abbaslının fikrincə, bu təklif reallaşarsa vətəndaşlarla ruhanilər arasında ünsiyyət yaranar. "Vətəndaşlar ruhanilərlə yas məclislərində ünsiyyətdə olurlar. Bu məclislərdə isə təbii olaraq İslam dinindən, onun mahiyyətindən, əxlaq-mənəviyyatından daha çox bəhs etmək, insanların qarşılaşdıqları problemlərə İslami baxışla bağlı daha çox söz demək olmur. Digər tərəfdən, biz hesab edirik ki, son dövrlər boşanma, xüsusilə də intihar hallarının artması İslam, Quran yolundan ayrı düşməyimizlə bağlıdır. Zənnimizcə, insanlar ailə-məişət və digər psixoloji problemlərlə üzləşəndə ruhanilərə müraciət edib cavab ala bilərlər", - AİDP sədri vurğulayıb.

Partiya rəhbəri QMİ sədrinin bu təklifə müsbət yanaşması ilə bərabər, onun reallaşması üçün müəyyən addımlar atacağına inanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti