...

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak edib

Siyasət Materials 17 Noyabr 2009 13:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binasının açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkün ailələri üçün tikilmiş yaşayış binasının açılış mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çərşənbə axşamı Bakının Binəqədi rayonundakı 2 nömrəli evtikmə kombinatının ərazisində 369 məcburi köçkün ailəsi üçün inşa olunmuş doqquzmərtəbəli yaşayış binasının açılış mərasimində iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sifarişçisi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu olan binanın inşasına 2008-ci ildə başlanılıb. Binanın yerləşdiyi ümumi ərazi 3 hektar, tikintinin ümumi sahəsi isə 27 min 897 kvadratmetrdir. Ərazidə məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binası və 260 şagird yeri olan məktəb binası tikilmişdir. Bu mənzillərin 81-i bir, 180-i iki, 90-ı üç, 18-i isə dördotaqlıdır. Yaşayış binasının ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Binada qazanxana, nasosxana, transformator yarımstansiyası tikilib, mənzillər rabitə, su və qaz xətləri ilə təchiz olunub.

Xəbər lenti

Xəbər lenti