...

Özbəkistan Dövlət bayrağı gününü qeyd edir

Siyasət Materials 18 Noyabr 2009 14:07 (UTC +04:00)
Bu gün Özbəkistanda dövlətin suverenliyinin rəmzi sayılan gerb və himnlə yanaşı, dövlət atributu olan Dövlət bayrağının qəbul olunması günü qeyd olunur .
Özbəkistan Dövlət bayrağı gününü qeyd edir

Özbəkistan, Daşkənd, 18 noyabr / Trend , müxbir D. Əzizov/

Bu gün Özbəkistanda dövlətin suverenliyinin rəmzi sayılan gerb və himnlə yanaşı, dövlət atributu olan Dövlət bayrağının qəbul olunması günü qeyd olunur .

"Özbəkistan Respublikasının Dövlət bayrağı haqqında" qanun 1991-ci ilin 18 noyabr tarixində Respublika Ali Sovetinin VIII sessiyasında qəbul olunub. Özbəkistan Konstitusiyasının ayrıca maddəsi ilə ölkənin dövlət rəmzi olan bayrağa malik olması təsdiq edilib.

Dövlət bayrağının rəmzləri başqa dövlətlərin bayraqlarına məxsus adətləri davam etdirir və eyni zamanda milli və xalqa məxsus mədəniyyəti, ölkənin təbiət özünəməxsusluqlarını əks etdirir.

Bayraqdakı bayraqdakı açıq mavi rəng - mavi səmanın və saf suyun, ağ rəng - sülhün, yaşıl isə təbiətin təcəssümüdür. Aypara və ulduzlar Özbəkistan xalqının çoxəsrlik ənənələrini əks etdirir.

Özbəkistanın dövlət bayrağı dünya arenasında xarici ölkələrə rəsmi nümayəndə heyətlərinin səfəri zamanı, beynəlxalq təşkilatların və nüfuzlu forumların binaları qarşısında, ümumdünya sərgilərində və idman yarışlarında respublikanı təmsil edir.

Özbəkistan 1992-ci il 2 mart tarixindən etibarən Birləşmiş Millətlər Təşkilatının üzvü seçiləndən onun bayrağı BMT-nin binası qarşısında dalğalanır.

Государственный флаг Узбекистана, а также уважительное отношение к нему гражданами страны и другими лицами, которые проживают в республике, защищены законом.

Özbəkistanın Dövlət bayrağı, həmçinin ölkə vətəndaşlarının və respublikada yaşayan digər şəxslərin bayrağa hörmətlə yanaşması qanunla müdafiə olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti