...

Gürcüstan parlamentinin eks spikeri yerli seçkiləri baykot etməyə çağırıb

Siyasət Materials 28 Dekabr 2009 20:18 (UTC +04:00)
"Demokratik Hərəkat-Vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadze yerli özünü idarə orqanlarına keçirilən seçkilərdə iştirak etməyə hazırlaşan bütün müxalifət partiyalarını seçkiləri baykot etməyə çağırıb.
Gürcüstan parlamentinin eks spikeri yerli seçkiləri baykot etməyə çağırıb

Gürcüstan-Tbilisi, 28 dekabr / Trend , müxbir N.Kirsxaliya/

"Demokratik Hərəkat-Vahid Gürcüstan" partiyasının lideri Nino Burcanadze yerli özünü idarə orqanlarına keçirilən seçkilərdə iştirak etməyə hazırlaşan bütün müxalifət partiyalarını baykot etməyə çağırıb.

Burcanadze bu günkü mətbuat konfransında deyib ki, o Mixail Saakaşvilinin seçkilərdə iştirak etməyə razılıq verən müxalifəti yenidən aldatmağa hazırlaşdığına əmindir.

"Biz ölkədə təcili seçkilərin keçirilməsi və hakimiyyətin dəyişdirilməsi üçün hər şey edirik, lakin əminəm ki, hazırki şəraitdə seçkilərdə iştirak etməyin heç bir mənası yoxdur", -Burcanadze deyib.

Burcanadze bəyan edib ki, yanvardan siyasi mübarizəni aktivləşdirməyə hazırlaşır.

"Hökumətin və prezidentin dostları və ya düşmənləri ilə danışmaq üçün heç bir resusrları yoxdur və Saakaşvilinin hakimiyyətdə olduğu hər bir gün ölkə üçün təhlükədir", -deyə eks spiker bəyan edib.

Xəbər lenti

Xəbər lenti