Fransa, Strasburq, 22 yanvar / Trend , müxbir A.Məhərrəmli/
Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Avropa Şurasının rəsmisi Bakıya gələcək. Bu barədə cümə günü Trend -a Avropa Şurasından məlumat verilib.
Məlumata görə, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi İşlər Direktorluğunun Əməkdaşlıq Proqramları diviziyasının rəhbəri xanım Anna Kapello-Briya (Anna Capello-Brillat) Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlanması nəzərdə tutulan seçkiöncəsi fəaliyyət proqramına dair müzakirələrin aparılması və Azərbaycan rəsmiləri ilə görüşlərin keçirilməsi məqsədilə yanvarın 26-27-də Azərbaycana səfər edəcək.
Səfər zamanı AŞ rəsmisinin Mərkəzi Seçki Komissiyasının sədri və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşü gözlənilir.
Azərbaycanda bu ilin payızında parlament seçkilərinin keçirilməsi nəzərdə tutulur.