...

Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət göndərilməlidir - Azərbaycan Parlamentinin deputatı

Siyasət Materials 1 Fevral 2010 14:20 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Xocalı soyqırımı ilə bağlı ədalətli qərar çıxarılması məqsədilə beynəlxalq məhkəmələrə müraciət göndərilməlidir.
Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət göndərilməlidir - Azərbaycan Parlamentinin deputatı

Azərbaycan, Bakı, 1 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Xocalı soyqırımı ilə bağlı ədalətli qərar çıxarılması məqsədilə beynəlxalq məhkəmələrə müraciət göndərilməlidir.

"Xocalıda insanlığa qarşı cinayət törədildiyindən parlament də prosesdən kənarda qalmamalıdır. Biz qanunverici orqan adından beynəlxalq təşkilatlara, bütün ölkələrin parlamentlərinə bir daha müraciət qəbul etməliyik", - Trend -un məlumatına görə, bazar ertəsi Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçiriblər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalıb. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmağa məcbur olmuşdu. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150 nəfərin taleyi indi də məlum deyil.

Xəbər lenti

Xəbər lenti