Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir Ü.Sadıxova/
Azərbaycanın Miniatür Kitab Muzeyində amerikalı rəssamların əsərlərindən ibarət 40 miniatür kitabın verilməsi mərasimi keçirilib.
Kolleksiya daha əvvəllər Bakıda keçirilən "Bienales" beynəlxalq sərgisində göstərilib. Bu əsərlər amerikalı sənətşünaslar Riz Horvis və Robert Royş tərəfindən gətirilib. Bu kitabları muzeyə və onun direktoru Zərifə Salahovaya vermək haqqında qərar qəbul edilib.
Mərasimdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu və Milli Məclisin deputatı Elmira Axundova iştirak edib.
"Bugünkü mərasim incəsənət və kitabda Azərbaycan-ABŞ sevgisinin bayramıdır. Biz şadıq ki, bu kitablar bu muzeydə öz daimi sığınacağını tapıb", - ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson deyib.