...

Azərbaycanda 491 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb - DMX

Siyasət Materials 3 Fevral 2010 17:13 (UTC +04:00)
Azərbaycanda yanvar ayında 491 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 196 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. Bu barədə çərşənbə günü Trend News-a Dövlət Miqrasiya Xidmətinin (DMX) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda 491 əcnəbi barəsində ölkəni tərketmə haqqında qərar çıxarılıb - DMX

Azərbaycan, Bakı, 03 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda yanvar ayında 491 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 196 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib. Bu barədə çərşənbə günü Trend -a Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimai əlaqələr şöbəsinin rəhbəri Zərnişan Əhmədova məlumat verib.

Məlumata görə, 2010-cu ilin yanvar ayı ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 4690 müraciət daxil olub.

Hesabat dövründə DMX-nin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın qarşısının alınması üçün keçirilmiş tədbirlər nəticəsində 968 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halı müəyyən edilib, onlardan 281 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti