...

Gürcüstan Parlamenti milli azlıqların vəziyyəti barədə fotoalbom hazırlayır

Siyasət Materials 10 Fevral 2010 20:40 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 fevral / Trend , müxbir N.Kirsxaliya/

İnsan hüquqları və vətəndaş inteqrasiyası üzrə parlament komitəsi Milli azlıqlar üzrə Avropa Mərkəzinin dəstəyi ilə Gürcüstanda milli azlıqların vəziyyəti barədə fotoalbom hazırlayır.

"Parlamentdə müvafiq fotosərginin təşkil edilməsi də planlaşdırılır", - Gürcüstan Parlamentindən Trend -a deyilib.

Məhz bu məsələlər komitənin sədri Georgi Arsenişvili və Milli azlıqlar üzrə Avropa Mərkəzinin regional direktoru Tom Triyerin çərşənbə günü keçirilən görüşündə müzakirə edilib.

Bu layihə çərçivəsində yeni, Avropa diasporları üzrə material toplana bilməyib. Buna görə də tərəflər layihənin davam etdirildiyini bildiriblər.

Görüşdə regionlarda yaşayan qeyri-gürcü əhalinin problemləri barədə detallı danışıq aparılıb.

Xəbər lenti

Xəbər lenti