...

Azərbaycan Prezidenti Slovakiyanın, Qırğızıstanın və İspaniyanın ölkədə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Siyasət Materials 16 Fevral 2010 01:33 (UTC +04:00)
Azərbaycan İlham Əliyev Prezidenti Slovakiyanın, Qırğızıstanın və İspaniyanın ölkədə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.
Azərbaycan Prezidenti Slovakiyanın, Qırğızıstanın və İspaniyanın ölkədə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan İlham Əliyev Prezidenti Slovakiyanın, Qırğızıstanın və İspaniyanın ölkədə yeni təyin olunmuş səfirlərinin etimadnamələrini qəbul edib. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Slovakiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yozef Miqaş ilə söhbət zamanı ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu bildirildi, siyasi və iqtisadi münasibətlərimizin daha da genişlənməsi üçün qarşılıqlı imkanların öyrənilməsinin zəruriliyi vurğulandı, ikitərəfli əməkdaşlığın daha da möhkəmlənəcəyinə inam ifadə olundu.

Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Raimkul Attakurovun ilə görüşdə ölkələrimiz arasında əlaqələrin hazırda uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı səfirin Azərbaycandakı diplomatik fəaliyyəti dövründə də münasibətlərimizin möhkəmlənəcəyinə, əməkdaşlığımızın daha da intensiv xarakter daşıyacağına ümidvar olduğunu bildirdi.

Qırğızıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Raimkul Attakurov Qırğızıstan Prezidenti Кurbanbek Bakiyevin salamlarını dövlətimizin başçısına çatdırdı. Diplomat ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə daha da möhkəmlənməsinin zəruriliyini vurğuladı.

Dövlətimizin başçısı Prezident Кurbanbek Bakiyevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

İspaniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xuan Klos i Mateon ilə söhbət zamanı Azərbaycan ilə İspaniya arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı potensialın olduğu vurğulandı, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

Xəbər lenti