...

Bakıda hərbi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan əsgərlərin vəziyyəti normaldır - Daxili Qoşunlar

Siyasət Materials 27 Fevral 2010 11:38 (UTC +04:00)
Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova Trend News-a bildirib ki, cümə günü baş verən qəza zamanı xəsarət alan Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin əsgərlərindən yeddisinin xəsarəti yüngül olub, onların bədənlərinin müxtəlif hissələri əzilib.
Bakıda hərbi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan əsgərlərin vəziyyəti normaldır - Daxili Qoşunlar

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir K.Zərbalıyeva/

Bakıda Daxili Qoşunlara məxsus avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan əsgərlərin vəziyyəti normaldır.

Daxili Qoşunların mətbuat xidmətinin rəhbəri Təranə Məmmədova Trend -a bildirib ki, cümə günü baş verən qəza zamanı xəsarət alan Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsinin əsgərlərindən yeddisinin xəsarəti yüngül olub, onların bədənlərinin müxtəlif hissələri əzilib.

Bir əsgər - Ağsu rayon hərbi komissarlığından hərbi xidmətə çağrılmış Talıbzadə Kamal Zahid oğlu ayağından sınıq xəsarəti alıb. Hazırda əsgərlər Daxili Qoşunların hospitalında müalicələrini davam etdirirlər.

Hadisə zamanı həlak olan əsgər Feyzullayev Fərid Elxan oğlu Ağdaş rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb.

Dünən Bakının Qaradağ rayonu ərazisində hərbçilər olan hərbi maşın avtobusla toqquşub.

Qəza zamanı 8 əsgər xəsarət alıb, bir nəfər isə həlak olub.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263.2) maddəsi ilə cinayət işi başlanıb.

İlkin ehtimala görə, qəzaya səbəb avtobusun yol-hərəkət qaydalarını pozması olub.

Xəbər lenti

Xəbər lenti