...

Gürcüstan Həmkarlar İttifaqı Tbilisinin mərkəzində aksiya keçirib

Siyasət Materials 1 Mart 2010 20:24 (UTC +04:00)
Gürcüstan Həmkarlar İttifaqının bugünkü sülh nümayişinin iştirakçıları Gürcüstanda sosial şəraitin pisləşməsi, işsizliyin artması, kommunal xərclərin günbəgün artırılması, işçilərin hüquqlarının pozulmasına qarşı etiraz ediblər.
Gürcüstan Həmkarlar İttifaqı Tbilisinin mərkəzində aksiya keçirib

Gürcüstan, Tbilisi, 01 mart / Trend , müxbir N.Kirsxalia/

Gürcüstan Həmkarlar İttifaqı 5 min nəfərin iştirakı ilə Tbilisinin mərkəzində aksiya keçirib.

Gürcüstan Həmkarlar İttifaqının bugünkü sülh nümayişinin iştirakçıları Gürcüstanda sosial şəraitin pisləşməsi, işsizliyin artması, kommunal xərclərin günbəgün artırılması, işçilərin hüquqlarının pozulmasına qarşı etiraz ediblər.

Nümayişdə 5 minə qədər adam toplaşıb. Həmkarlar İttifaqı nümayəndələri satıcıların və ticarət obyektlərində çalışan vətəndaşların hüquqlarının müdafiə edilməsini, kassa aparatlarının ləğv edilməsini və real təsbit edilmiş vergilərin bərqərar edilməsini tələb ediblər.

Tələblərin sırasında həmçinin təqaüdlərin söz verildiyi kimi, 100 dollar həcmində təyin edilməsi də olub, çünki ölkədə mövcud yaşayış minimumu 128 lari, təqaüd isə 85 lari təşkil edir.

Xəbər lenti

Xəbər lenti