...

ABŞ Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamalıdır – Türkiyə XİN

Siyasət Materials 4 Mart 2010 15:57 (UTC +04:00)
Türkiyə nümayəndə heyəti qondarma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsi məsələsinin Konqresdə müzakirə edilməsinə dair ABŞ-da danışıqlar aparır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
ABŞ Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamalıdır – Türkiyə XİN

Azərbaycan, Bakı, 04 mart / Trend /

Türkiyə nümayəndə heyəti qondarma "erməni soyqırımı" barədə qətnamənin qəbul edilməsi məsələsinin Konqresdə müzakirə edilməsinə dair ABŞ-da danışıqlar aparır. Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Məlumatı CNN Turk yayıb.

XİN rəhbərinin sözlərinə görə, ABŞ-Türkiyə münasibətləri yüksək səviyyəyə çatıb və Birləşmiş Ştatlar hazırkı məsələni nəzərdən keçirərək Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamalıdır.

"Hazırda ABŞ-ın iki yolu - Türkiyə-Ermənistan arasındakı əlaqələrdə və ümumilikdə, Cənubi Qafqazda əldə olunmuş tərəqqinin heçə endirilməsi yolu, yaxud regionda sülh prosesinə yardım etməkdə davam etmək yolu var. Biz ümid edirik ki, onlar ikinci yolu seçəcəklər", - Davudoğlu deyib.

ABŞ Konqresinin xarici əlaqələr üzrə komitəsinin sədri Hovard Berman "erməni soyqırımı" haqqında qanunun martın 4-də müzakirəyə çıxarılmasını təklif edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Xəbər lenti

Xəbər lenti