...

Fransa senatoru Azərbaycana səfər edəcək

Siyasət Materials 13 Mart 2010 13:45 (UTC +04:00)
Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule Azərbaycana səfər edəcək.
Fransa senatoru Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.Sadıxova/

Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule Azərbaycana səfər edəcək.

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) mətbuat xidmətindən şənbə günü Trend -a verilən məlumata görə, SAM-ın dəvəti ilə Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule 2010-cu il mart 16-dan 19-dək Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində fransalı senatorun Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşləri nəzərdə tutulub.

Martın 17-də Natali Qule Strateji Araşdırmalar Mərkəzinin qonağı olacaq və "Azərbaycan Qafqazın və Yaxın Şərqin stabil dövləti kimi" mövzusunda keçiriləcək "dəyirmi masa"da məruzə ilə çıxış edəcək. Təşkil olunacaq tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, millət vəkilləri, XİN-in məsul əməkdaşları, Diplomatiya Akademiyasından (ADA) və ölkənin digər elmi müəssisələrindən regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər, yerli ekspertlər və analitiklər də iştirak edəcəklər.

Senator kimi fəaliyyətinə 2007-ci ildən başlayan xanım Qule hazırda Fransa Senatının Fransa - Qafqaz Parlamentlərarası Dostluq Qrupunun, xarici işlər və milli müdafiə, həmçinin, NATO-nun Parlament Assambleyasının iqtisadi komissiyalarının üzvüdür. O, həmçinin, Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası və Fars körfəzinə dair müxtəlif tədqiqatların müəllifidir.

Xəbər lenti

Xəbər lenti