...

Azərbaycan Prezidenti Belarusun Baş nazirinin müavinini qəbul edib

Siyasət Materials 5 May 2010 16:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokovu qəbul edib.
Azərbaycan Prezidenti Belarusun Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokovu qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Bakıda açılan ikinci Belarus milli sərgisinin ölkəmizdə böyük maraqla qarşılandığını vurğulayaraq bu sərginin keçirilməsinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Belarus Respublikasına səfərlərini xatırlayan Prezident İlham Əliyev həmin səfərlər zamanı bu ölkənin iqtisadi imkanları ilə yaxından maraqlandığını vurğulayaraq, iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu deyib. Dövlətimizin başçısı iki ölkə arasında həyata keçirilən birgə layihələrin əhəmiyyətini də qeyd edib.

Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokov Azərbaycan ilə Belarus arasında iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı hər iki dövlətin başçısının qarşıya qoyduğu vəzifələrin həlli üçün hökumətin səylə çalışdığını deyib. Ölkələrimiz arasında ticarət-mal dövriyyəsinin həcminin 4 dəfə yüksəldiyini qeyd edən qonaq bunun yaxın gələcəkdə daha da artacağına ümidvar olduğunu söyləyib.

İkinci Belarus milli sərgisinin əhəmiyyətinə toxunan Andrey Kobyokov burada ölkəsinin 150 müəssisəsinin iştirak etdiyini bildirərək, sərginin keçirilməsinin iqtisadi sahədə əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti