...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Parkda olmuşlar

Siyasət Materials 17 May 2010 22:56 (UTC +04:00)
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Dənizkənarı Milli Parkda olublar
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Parkda olmuşlar

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Dənizkənarı Milli Parkda olublar, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Park ilə tanış oldu. 1909-cu ildən Bakıda dənizkənarı bulvar kimi tanınan bu parkda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yenidənqurma işləri aparılıb.

Görülən abadlıq işlərindən sonra parkın yaşıllıq zolağının ərazisi xeyli genişləndirilib. Milli Parkda yeni ağaclar əkilib, çəmənliklər salınıb. Burada asfalt örtük götürülərək yerinə qırma-dekorativ daş döşənmiş, parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər quraşdırılıb.

Bu gün Dənizkənarı Milli Park Bakı sakinlərinin və şəhərimizin qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biridir.

Xəbər lenti

Xəbər lenti