...

Avropa İttifaqının sammiti gələn il Macarıstanda keçiriləcək – Polşa XİN rəhbəri

Siyasət Materials 24 May 2010 18:10 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) sammiti gələn il Macarıstanda keçiriləcək. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski baar ertəsi jurnalistlərə bildirib.
Avropa İttifaqının sammiti gələn il Macarıstanda keçiriləcək – Polşa XİN rəhbəri

Polşa, Sopot, 24 may /Trend, müxbir S.Ağayeva/

Avropa İttifaqının (Aİ) sammiti gələn il Macarıstanda keçiriləcək. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski baar ertəsi jurnalistlərə bildirib.

Onun sözlərinə görə, gələn Aİ-yə rəhbərlik İspaniyadan Macarıstana keçəcək.

"Biz 2011-ci ildə Macarıstanda Aİ-nin sammitini, eləcə də "Şərq tərəfdaşlığı" təşəbbüsü üzrə tərəfdaşların və iştirakçı ölkələrin XİN başçılarının iclasını keçirməyi planlaşdırırıq", - Sikorski Polşada keçirilən "Şərq tərəfdaşlığı" təşəbbüsü üzrə iştirakçı dövlətlərin XİN başçılarının ilk qeyri-formal sammitində bildirib.

2009-cu ilin mayında Aİ-nin təsdiqlədiyi "Şərq tərəfdaşlığı" proqramı Avropa birliyinin şərq qonşuları ilə əməkdaşlığının fəallaşmasını nəzərdə tutur.

Həyata keçirilməsi üçün 600 milyon avro vəsaitin ayrıldığı proqrama Ukrayna, Belarus, Gürcüstan, Azərbaycan, Ermənistan və Moldova daxildir.

İsveçin dəstəyi ilə Polşanın təşəbbüsü ilə yaradılan "Şərq tərəfdaşlığı" müəlliflərin ilkin ideyasına görə, proqram onun iştirakçısı olan dövlətləri Avropaya inteqrasiyaya yaxınlaşdırmalıdır.

"Şərq tərəfdaşlığı" təşəbbüsü üzrə iştirakçı dövlətlərin XİN başçılarının ilk qeyri-formal sammitində Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Xəbər lenti

Xəbər lenti