...

Azərbaycan Milli Məclisində "Elm haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Siyasət Materials 4 İyun 2010 13:43 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin cümə günü keçirilən iclasında komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, qanun layihəsi üzərində iş yekunlaşıb.
Azərbaycan Milli Məclisində "Elm haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Məslisində "Elm haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, Milli Məclisin Elm və təhsil komitəsinin cümə günü keçirilən iclasında komitə sədri Şəmsəddin Hacıyev bildirib ki, qanun layihəsi üzərində iş yekunlaşıb.

Qanun layihəsi gələn həftə işçi qrupunda müzakirəyə çıxarılandan sonra, növbəti həftə komitə üzvlərinin müzakirəsinə veriləcək.

Komitə sədri "Ali təhsil haqqında" qanun layihəsinin hazırlandığını deyib. Hacıyevin sözlərinə görə, layihənin komitədə müzakirəsi MM-in yaz sessiyasında baş tutmayacaq.

O, müzakirələrin növbəti sessiyada keçiriləcəyini bildirib.

Xəbər lenti

Xəbər lenti