...

Azərbaycan və Türkiyə qaz sazişi imzalayıblar

Siyasət Materials 7 İyun 2010 16:56 (UTC +04:00)
Azərbaycan və Türkiyə bazar günü İstanbulda qaz məsələləri paketi üzrə saziş imzalayıblar. Saziş Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız tərəfindən imzalanıb.
Azərbaycan və Türkiyə qaz sazişi imzalayıblar

Azərbaycan, Bakı, 7 iyun /Trend/

Azərbaycan və Türkiyə bazar günü İstanbulda qaz məsələləri paketi üzrə saziş imzalayıblar. Saziş Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız tərəfindən imzalanıb. Məlumatı CNN Turk telekanalı yayıb.

Saziş "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə Türkiyə üçün Azərbaycan qazının qiymətindəki dəyişikliyi, layihənin ikinci mərhələsi çərçivəsində qazın qiymətini, eləcə də Azərbaycan qazının Türkiyə ərazisindən tranzitini nəzərdə tutur.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: bp (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 8,6-9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 16 milyard kubmetrədək çatdırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti