...

Azərbaycanın müxalif Müsavat Partiyası kütləvi aksiya keçirməyi planlaşdırır

Siyasət Materials 7 İyun 2010 18:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir T.Hacıyev/

Müxalif Müsavat Partiyası iyunun 12-də kütləvi aksiya keçirməyi planlaşdırır. Müsavat Məclisinin sədri Sülhəddin Əkbər bazar ertəsi Trend-ə bildirib ki, bu məsələ Müsavat Partiyasının "Divan"ının bu gün keçirilən iclasında müzakirə olunub.

İclasda partiyadaxili məsələlər, ölkədaxili siyasi-ictimai vəziyyət, seçkiyə hazırlıq və Əbülfəz Elçibəyin doğum gününün keçirilməsi ilə bağlı məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti