...

İlin birinci yarısında Bakıda cinayətkarlığın səviyyəsi 1,3 faiz artıb

Siyasət Materials 9 İyul 2010 12:42 (UTC +04:00)
Bu ilin ilk 6 ayı ərzində Azərbaycan paytaxtında 5464 cinayət qeydə alınıb ki, bu da ötən ilin analoji dövründəkindən 1,3 faiz çoxdur. Bu barədə Bakı Baş Polis İdarəsinin cümə günü 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında yaydığı məlumatında deyilir.
İlin birinci yarısında Bakıda cinayətkarlığın səviyyəsi 1,3 faiz artıb

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir M.Əliyev/

Bu ilin ilk 6 ayı ərzində Azərbaycan paytaxtında 5464 cinayət qeydə alınıb ki, bu da ötən ilin analoji dövründəkindən 1,3 faiz çoxdur. Bu barədə Bakı Baş Polis İdarəsinin cümə günü 2010-cu ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında yaydığı məlumatında deyilir.

Hesabat dövründə cinayətlərin üstünün açılması faizi artaraq 80,7 faiz təşkil edib. Ötən il bu göstərici 79,2 faiz təşkil edib. Bununla belə, ötən il olduğu kimi, şəxslərə qarşı cinayətlərin üstünün açılması 100 faiz təşkil edir.

İlin biirnci yarısında əmlaka qarşı 1 952 cinayət qeydə alınıb ki, bu da ötən ilin analoji dövründəkindən 11 hal azdır.

Narkotiklərlə bağlı cinayətlərin sayı 867 haldan (2009-cu ilin birinci yarısı) 856 hala (2010-cu ilin 6 ayı) qədər azalıb. Bu il cinayətlərin 91 faizinin (ötən il 92 faiz) üstü açılıb.

Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz azalıb. Ölümlə nəticələnən YNH-nin sayı 130-dan 150-dək artıb.

Xəbər lenti

Xəbər lenti